Məktəbli qız dəm qazından boğuldu

Hit: 294
Məktəbli qız dəm qazından boğuldu

Biləsuvarda 11-ci sinif şagirdi babasının evində ölüb.Hadisə fevralın 17-si gecə saat 22 radələrində baş verib.

Rayonun Xırmandalı kəndində yaşayan 2001-ci il təvəllüdlü Elxanə Hüseynzadənin dəm qazından zəhərlənərək ölməsi barədə məlumat daxil olub. Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin olunub.

İlkin araşdırma zamanı müəyyən edilib ki, E.Hüseynzadə çimmək üçün babasına məxsus evin həyətində yerləşən hamama girib və orada dəm qazından boğularaq vəfat edib.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.









Redaktorun seçimi