Qobustanda ağır qəza - bir ailədən 3 nəfər yaralandı

Hit: 1051
Qobustanda ağır qəza - bir ailədən 3 nəfər yaralandı

Qobustan-Sündü-Xilmilli avtomobil yolunun 2-ci kilometrində ağır yol qəzası baş verib.

Qobustan rayon Cəbirli kənd sakini, 1984-cü il təvəllüdlü Abduləliyev Nemət Mahmud oğlunun idarə etdiyi minik avtomobili yoldan çıxaraq aşıb.

Nəticədə avtomobildə olan sərnişinlər - sürücünün həyat yoldaşı 1984-cü il təvəllüdlü  Abduləliyeva İlhamə Fərhad qızı, oğlu 2012 ci il təvəllüdlü Abduləliyev Ayxan Nemət oğlu və  digər sərnişin 1977-ci il təvəllüdlü Məcidova Mahruq Qılıncdan qızı ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdiriliblər. 

 

M.Məcidovanın vəziyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 

 









Redaktorun seçimi