Cəlilabadda daşqın - Komissiya yaradıldı

Hit: 228
Cəlilabadda daşqın - Komissiya yaradıldı

Cəlilabad rayonunda intensiv yağıntılar nəticəsində ötən gün baş vermiş çay daşqını ilə əlaqədar olaraq komissiya yaradılıb.

Report xəbər verir ki, komissiya sel sularının yaratdığı fəsadları aradan qaldırması məqsədilə Cəlilabad rayon İcra Hakimiyyəti tərəfindən yaradılıb. Hazırda komissiya təsərrüfatlara dəyən ziyanı hesablayır.

Qeyd edək ki, təbiət hadisəsi ötən gün rayonun Sabirabad kəndində baş verib. Belə ki, axşam saatlarında kənd yaxınlığından keçən Qarayar çayı məcrasından çıxaraq, ətraf ərazilərdə olan evlərin həyət və zirzəmilərini basıb. Çay suları həyətyanı təssərüfata da ziyan vurub, həmçinin kənd qəbiristanlığı da su altında qalıb.

Hadisə yerinə rayon icra hakimiyyətinin texnikaları cəlb edilib. Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov ötən gecə və bu səhər hadisə yerində olub.

Qeyd edək ki, bu çay əvvələr də intensiv yağıntılar zamanı dəfələrlə daşıb.









Redaktorun seçimi