Sabirabad sakini armaturların altında qalaraq ölüb

Hit: 380
Sabirabad sakini armaturların altında qalaraq ölüb
Sabirabad rayonunda bədbəxt hadisə baş verib.
 
Bu barədə Report  xəbər yayıb. 
 
Rayonun Muğan Gəncəli kəndində 1981-ci il təvəllüdlü kənd sakini Mirzəyev İlqar Əlizadə oğlu özünə məxsus mağazada təmir işləri zamanı üzərinə armatur parçaları düşüb.
 
Müxtəlif dərəcəli xəsarətlər alan mağaza sahibi  İ.Mirzəyev xəstəxanaya çatmamış dünyasını dəyişib.
 
Faktla bağlı araşdırma aparılır.








Redaktorun seçimi