Binəqədidə köməksiz vəziyyətdə qalan uşaqlar xilas edildi

Hit: 185
Binəqədidə köməksiz vəziyyətdə qalan uşaqlar xilas edildi

Bu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 2 nəfər azyaşlının giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirliyin saytı xəbər verir ki, çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb.

Azyaşlılar aidiyyəti üzrə təhvil veriliblər.

Əməliyyat başa çatıb.









Redaktorun seçimi