Bakıda ölümlə nəticələnən yanğın hadisəsi baş verib

Hit: 345
Bakıda ölümlə nəticələnən yanğın hadisəsi baş verib

Bakıda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, paytaxtın Suraxanı rayonunda ümumi sahəsi 67 m² olan 3 otaqlı mənzilin mətbəxində 1 ədəd çarpayı yanıb.

Yanğının kəşfiyyatı zamanı ev sahibi 1983-cü il təvəllüdlü Kornaunov Vasiliy Dimitriyeviçin meyiti aşkarlanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.









Redaktorun seçimi