Bakıda naməlum avtomobil 20 yaşlı qızı vurub qaçdı

Hit: 341
Bakıda naməlum avtomobil 20 yaşlı qızı vurub qaçdı

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Faktor.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.

Nizami rayonu, Özbəkistan küçəsində Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Nərminə Rəsulova naməlum avtomobil tərəfindən vurulub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırmalara başlanıb.









Redaktorun seçimi