“Ford” ağaca çırpıldı, sürücü sıxılmış vəziyyətdə qaldı

Hit: 184
“Ford” ağaca çırpıldı, sürücü sıxılmış vəziyyətdə qaldı

Xaçmazın Çinartala kəndində avtomobil qəzası olub.

Faktor.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, “Ford” markalı yük avtomobili yol kənarındakı ağaca çırpılıb.

Hadisə yerinə cəlb olunmuş Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.









Redaktorun seçimi