Azərbaycanda oğrular artıq neft quyularına girişiblər

Hit: 312
Azərbaycanda oğrular artıq neft quyularına girişiblər

Polis əməkdaşlarının ayıq-sayıqlığı  və operativliyi sayəsində oğurluğa cəhd edən şəxslər cinayət başında yaxalanıblar.   

DİN Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, yanvarın 21-də Şirvan şəhəri ərazisində neft quyusunun istismardan çıxarılmış borusunu kəsərək oğurlamağa cəhd göstərən 3 nəfər Şirvan Şəhər Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıblar.   

Şəhər Polis Şöbəsinə təhvil verilən həmin şəxslərin şəhər sakinləri Qaraxan Əzimov, Fadil Bəxtiyarov və Şəmsəddin Zərbəliyev olduqları müəyyən edilib.

Araşdrıma aparılır.









Redaktorun seçimi