Bakıda vəzifəli şəxsin həyat yoldaşı QƏZAYA DÜŞDÜ

Hit: 221
Bakıda vəzifəli şəxsin həyat yoldaşı QƏZAYA DÜŞDÜ
Bakıda xarici ölkə vətəndaşı yol qəzasına düşüb.
 
AZXEBER.COM-un məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Nobel prospekti, 9 saylı ünvanın qarşısında baş verib.
 
 
Yasamal rayonu, Cavid prospekti, 509-cu məhəllə, ev 5-də yaşayan, 1993-cü il təvəllüdlü Məmmədhəsənli Ramil Şahmar oğlu idarə etdiyi "BMW" markalı 99-FG-121 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən ara məsafəsi saxlamadığından eyni istiqamətdə hərəkət edən Fransanın Azərbaycandakı səfirinin əməkdaşlıq və mədəniyyət üzrə müşavirinin həyat yoldaşı, 1982-ci il təvəllüdlü Viza Kostenkonun idarə etdiyi "Toyota Prado" markalı 002 D 004 nömrə nişanlı avtomobilə çırpılıb.
 
Hadisə nəticəsində hər iki avtomobilə ziyan dəyib.
 
Faktla bağlı araşdırma aparılır.








Redaktorun seçimi