Nişanlı qız evdən qaçdı

Hit: 419
Nişanlı qız evdən qaçdı

İsmayıllıda iyirmi üç yaşlı qız evdən qaçıb.

Hadisə rayonun eyni adlı kəndində baş verib. Kənd sakini 1996-cı il təvəllüdlü Babayeva Aynurə Alik qızı yanvarın 16-sı evdən çıxıb bir daha geri qayıtmayıb.

Anası Tamilə Babayevanın sözlərinə görə qızı bir ildi nişanlı olub. Qızın son günlərdə dəyişilməsi, telefonla çox danışması, evdən çölə çıxmaması anasında şübhələr oyatsa da, Aynurənin evdən gedəcəyinə güman etməyib.

 

Ananın sözlərinə görə, qızı gedərkən nişanlısına səsli mesaj göndərərək haqqını halal etməsini istəyib.

A. Babayevanın itkin düşməsi ilə bağlı qohumları İsmayillı Rayon Polis şöbəsinə müraciət edib.









Redaktorun seçimi