Azərbaycanda DƏHŞƏTLİ AİLƏ FACİƏSİ-evin 2 uşağı öldü

Hit: 181
Azərbaycanda DƏHŞƏTLİ AİLƏ FACİƏSİ-evin 2 uşağı öldü

4 gün əvvəl Kürdəmir şəhərində baş vermiş ağır yol qəzasında ölən 28 yaşlı Valeh Zərbəliyevlə bağlı bəzi məqamlar aydınlaşıb.

 Faktor.az Publika.az-a istinadan xəbər verir ki, rayonun mərkəzindəki Heydər Əliyev prospektində saat 21 radələrində “Mercedes” markalı avtomobilin vurub əks zolaqda hərəkət edən “Kia”nın altına atdığı və hadisə yerində ölən 1991-ci il təvəllüdlü Zərbəliyev Valeh Ağəli oğlunun bacısı bir müddət əvvəl vəfat edibmiş. Belə ki, gənc oğlanın bacısı yaşadığı mənzildə dəm qazından boğularaq ölübmüş.

Həmin hadisənin təsirindən çıxmamış ailənin digər övladı – 28 yaşlı Valeh faciəvi şəkildə vəfat edib.

Ağır yol qəzası ilə bağlı Kürdəmir rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.









Redaktorun seçimi