Ölkəyə narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

Hit: 180
Ölkəyə narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

Gömrükçülər tərəfindən ölkəyə narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. 

Dövlət Gömrük Komitəsindən  verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan "Honda Odyssey" markalı nəqliyyat vasitəsi ilə gələn həmin ölkə vətəndaşının avtomobilinə gömrük baxışı keçirilib.

Baxış zamanı sükanı sağ tərəfdə olan nəqliyyat vasitəsinin ön oturacağının söykənəcəyinin arxa cibində 1 ədəd bükülüdə qablaşdırması ilə birlikdə ümumi çəkisi 2 qram narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 
 

 









Redaktorun seçimi