Rəsulzadənin barelyefini oğurlayanlar saxlanıldı

Hit: 172
Rəsulzadənin barelyefini oğurlayanlar saxlanıldı

Azərbaycan Xalq Cümhuriyyətinin əsas liderlərindən olan Məhəmməd Əmin Rəsulzadənin oğurlanmış barelyefi tapılıb.

 Faktor.az bildirir ki, bu barədə “Qafqazinfo”ya Novxanı bələdiyyəsinin sədri Şahin Tağıyev məlumat verib.

O qeyd edib ki, təqsirkar qismində iki nəfər saxlanılıb. Onlar hazırda Abşeron rayon Polis İdarəsində saxlanılır: “Emin Məmmədov qardaşı ilə birlikdə bu əməli törədib. Ancaq barelyef kəsilmiş halda tapılıb. Yararsız vəziyyətdədir. Ona görə də bələdiyyə tərəfindən yeni barelyefin hazırlanması barədə sifariş verilib”.

 

***

Daxili İşlər Nazirliyi də yanvarın 15-də Abşeron rayonu Novxanı kəndində yerləşən körpələr evinin binasının divarına asılmış M.Ə.Rəsulzadənin barelyefini oğurlayanlar barədə məlumat yayıb.

Məlumatda bildirilir ki, cinayəti törətməkdə şübhəli bilinənlərdən 2 nəfəri saxlanılıb, digərlərinin tutulması istiqamətində tədbirlər davam etdirilir.

Araşdırma zamanı həmçinin məlum olub ki, barelyefi oğurlayan şəxslər onu hissələrə ayıraraq paytaxtın Binəqədi rayonu və Sumqayıt şəhərində yerləşən metal qəbulu məntəqələrinə satıblar. Barelyefin hissələri polis əməkdaşları tərəfindən metal qəbulu məntəqələrindən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Abşeron RPİ-də araşdırmalar davam etdirilir.









Redaktorun seçimi