5 yaşlı azərbaycanlı uşaq "donuz qripi"nə yoluxub

Hit: 352
5 yaşlı azərbaycanlı uşaq "donuz qripi"nə yoluxub

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda "donuz qripi"nə 4 yoluxma halı qeydə alınıb.

 Faktor.az "Report"un Gürcüstan bürosuna istinadan xəbər verir ki, xəstəliyə yoluxanların ikisi azərbaycanlıdır.

Onlardan biri 39 yaşlı qadın, digəri isə 5 yaşlı uşaqdır. Həkimlər qadının vəziyyətini orta-ağır, uşağın durumunu isə ağır kimi qiymətləndirirlər. 

Xatırladaq ki, Gürcüstanda bu günə qədər "donuz qripi" adlandırılan A (H1N1) virusundan 17 nəfər ölüb.









Redaktorun seçimi