Bakıda avtomatla gəzən şəxs saxlanılıb

Hit: 223
Bakıda avtomatla gəzən şəxs saxlanılıb

 Polis əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədi ilə növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN-in mətbuat xidmətindən Faktor.az-a bildirilib ki, Sabunçu rayon Polis idarəsi 12-ci polis şöbəsinə əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Çingiz Maşallayevdə odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxs saxlanılıb. Onun əlindəki idman çantasına baxış zamanı 1 ədəd “AKM” markalı avtomat, 21 ədəd patron və ədəd patron darağı aşkar edilərək götürülüb. Ç.Maşallayev ifadəsində həmin silah-sursatın ona məxsus olduğunu və bir müddət əvvəl Ramana qəsəbəsindən tapdığını bildirib.

Faktla bağlı Sabunçu rayon Polis idarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.









Redaktorun seçimi