Bu adamın elədiyi cinayət gündəm oldu

Hit: 186
Bu adamın elədiyi cinayət gündəm  oldu

Fırıldaqçını əməlindən həbsxana da saxlaya bilmədi.

Türkiyədə cinayətkar həbsxanadan zənglə bir nəfəri də aldadıb. Türkiyədə qeyri-adi cinayət hadisəsi baş verib. Türkiyə mətbuatında yayılan xəbərə görə, Sinop şəhərində fırıldaqçılığa görə həbsxanaya düşən M.V (47), bir nəfərə daha kələk gəlib.

Həbsxanada Tokat şəhərində yaşayan fermer D. Y. –yə (50) zəng edib, özünü həkim kimi təqdim edib. 4 keçi istəyib, pulunu sonra verəcəyini deyib.

Sabahı gün bir daha zəng edib və eyni şərtlə bu dəfə 5 ədəd keçi istəyib. 9 keçisini öz əlləri ilə fırıldaqçının partnyoruna çatdıran D. K., ancaq sabahısı gün yenə 6 keçi istəniləndə vəziyyəti başa düşüb.

Jandarmaya xəbər verib. Tokat şəhəri Arbaa qəsəbəsinin janarması məsələni araşdırıb və həbsxanad aolan cinayətkarın partnyorunu yaxalayıb. Şübhəli 3 şəxs də yaxalanılıb, sorğulanıb. 15 keçi isə tapılıb sahibinə təslim edilib.

Cəmilə

Faktor.az









Redaktorun seçimi