Zərdab rayonunda güclü yanğın hadisəsi baş verib

Hit: 341
Zərdab rayonunda güclü yanğın hadisəsi baş verib

Zərdab rayonunda güclü yanğın hadisəsi qeydə alınıb.

Məlumata görə yanğın Zərdab rayonu Qoşaba kəndi “1 may” küçəsi ev 42 ünvanında qeydə alınıb. Belə ki, ilkin ehtimallara görə qısqapanma səbəbindən yaranan yanğın nəticəsində Aslan Aslanova məxsus dalan və ona məxsus 3 baş iribuynuzlu heyvan yanaraq külə dönüb.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidməti dərhal yanğına müdaxilə edərək yanğını söndürüb.

Verilən məlumatda insanların xəsarət almadığı lakin ailəyə külli miqdarda ziyan dəydiyi bildirilir.

Redaksiyamıza daxil olan fotoşəkilləri oxucularımıza təqdim edirik:

 









Redaktorun seçimi