Bakıdakı təhlükəli hava ilə bağlı SON VƏZİYYƏT AÇIQLANDI (YENİLƏNİB)

Hit: 637
Bakıdakı təhlükəli hava ilə bağlı SON VƏZİYYƏT AÇIQLANDI (YENİLƏNİB)

Saat 09:00-a olan məlumata əsasən şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir 30- 35 m/saniyədək şiddətlənib. 

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahından məlumat verilib. 

Dalğanın hündürlüyü Günəşli yatağında 4,8 metrə çatıb.

***08:25

Xəbər verildiyi kimi bu gecədən başlayaraq güclü külək Bakını ağuşuna alıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərərgahdan  verilən məlumata görə, hazırda Bakı və Abşeron yarmadasında küləyin sürəti saniyədə 30 metrə çatır.

Dənizdə dalğaların hündürlüyü 4,5 metr təşkil edir.

Külək əsasən gecə saat 03 radələrindən başlayaraq güclənib. Bu gün günorta saat 12-dən sonra küləyin sürəti daha da artacaq.









Redaktorun seçimi