Cəlilabadda yol qəzası olub, xəsarət alan var

176 dəfə oxunub
Cəlilabadda yol qəzası olub, xəsarət alan var

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Faktor.az "Report"a istinadən bildirir ki, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

Qəza nəticəsində şəhər sakini, 1997-ci il təvəllüdlü Əmişov Hüseyn Əmiş oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Cəlilabadda yol qəzası olub, ata və qızı xəsarət alıb.



Redaktorun seçimi