Göygöl və Lənkəranda partlayış baş verib - yaralılar var

190 dəfə oxunub
Göygöl və Lənkəranda partlayış baş verib - yaralılar var

Göygöl rayonunda ehtiyatsızlıq partlayışa səbəb olub.

Faktor.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Göygölün Qırıqlı kəndində baş verib.

Səhər saat 4 radələrində yuxudan ayılan ev sahibi 75 yaşlı Zenfira Məmmədova qaz sızmasından şübhələnərək cihazı söndürməyə çalışıb. Lakin bu vaxt cihazın avtomatik qığılcım verməsi partlayışla nəticələnib.

Partlayışdan dərhal sonra evdə yanğın başlayıb və mətbəxə ciddi ziyan dəyib. Ev sakinləri və qonşuların zamanında müdaxiləsi alovun yayılmasının qarşısını alıb. Zenfira Məmmədova isə ciddi yanıq xəsarətləri alıb.

Lənkəranda da partlayış baş verib. Hadisə rayonun Kərgəlan kəndində qeydə alınıb. Kənd sakini, 80 yaşlı Əlipaşa Miriyev səhər yuxudan qalxıb və evi qızdırmaq istəyib. Evdə quraşdırlmış qaz sobasını yandırmaq istəyərkən isə partlayış baş verib.

Hər iki faktla bağlı araşdırma aparılır.



Redaktorun seçimi