Aqil Abbasın qudası intihar edib?

237 dəfə oxunub
Aqil Abbasın qudası intihar edib?

Deputat, tanınmış yazıçı Aqil Abbasın qudası dünyasını dəyişib.

Məlumata görə, deputatın polis rəisi olan oğlu Tuncay Abbasovun qayınatası əslində özünəqəsd edərək həyatına son qoyub.

Məsələ ilə bağlı deputat Aqil Abbasla əlaqə saxlanılıb. O, hazırda yas yerində olduğunu bildirib və özünəqəsd məsələsini təkzib edib:

“Qudam intihar etməyib. O, 3 dəfə infarkt keçirib və bu səbəbdən də dünyasını dəyişib”.(qafqazinfo)



Redaktorun seçimi