Vəfat edən şahzadənin rus arvadı miras olaraq qardaşına keçdi – Fotolar

506 dəfə oxunub
Vəfat edən şahzadənin rus arvadı miras olaraq qardaşına keçdi – Fotolar
Ötəni ilin payızında Nigeriyanın 32 yaşlı şahzadəsi Qabriel Sequn Acayi dünyasını dəyişəndən sonra onun 50 yaşlı rus həyat yoldaşı Natalya Vedenina dul qalmışdı. Amma bu günlərdə məlum olub ki, Natalya yenidən ailə qurub.

XariciMedia.com xəbər verir ki, rus qadının yeni əri heç də təsadüfi şəxs deyil. O, dünyasını dəyişmiş ərinin qardaşı ilə ailə qurub.

Natalya və Qabriel / Kadr: youtube.com/IMACherepovets

“Rossiya 1” kanalına açıqlamasında Natalya bildirib ki, ərinin ölümündən sonra qaynı ona müraciət edib. Qaynı Maykl ona bildirib ki, Nigeriya adətlərinə görə, ərini itirən qadın miras olaraq onun qardaşına keçir.

Natalyanın qohumları yeni evliliyin əleyhinə olsalar da, qadın özü yeni nikaha razılıq verib.

Natalya və Qabriel Çerepovets şəhərindəki evlərinin yanında / Kadr: youtube.com/IMACherepovets

Məsələ burasındadır ki, şahzadə Rusiyanın Çerepovets şəhərində Natalyanın evində yaşayırmış. Ara verməyən sui-qəsd cəhdlərindən qaçan şahzadə Rusiyada 5 il əvvəl məskunlaşıb və burada Natalya ilə ailə qurub. Onların əkiz oğulları var. Maykl da Natalya ilə nikahdan sonra Rusiyaya köçüb.

Qonşularının dediyinə görə, Maykl tüfeyli həyat tərzi keçirir, Natalya onun paltarlarını yuyur, yeməyini hazırlayır. Bununla belə, qadın onunla ailə qurmağa razılaşıb.

 



Redaktorun seçimi