Bakıda polis işçisi həlak oldu - Bədbəxt hadisə

1147 dəfə oxunub
Bakıda polis işçisi həlak oldu - Bədbəxt hadisə

Daxili İşlər Nazirliyinin Mühafizə İdarəsinin əməkdaşı tabel silahından açılan atəş nəticəsində ölüb.

Faktor.az xəbər verir ki, bu barədə “Sputnik Azərbaycan”a Nərimanov rayonunun hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Məlumdur ki, yanvarın 11-də axşam saat 18.00 radələrində  paytaxtın Nərimanov rayonu ərazisindəki şirkətlərdən birinin ofisində odlu silahdan açılan atəş nəticəsində 35 yaşlı İlkin Tapdıqov iş yerində ölüb.

 

Hazırda hadisə yerində operativ-istintaq qrupunun üzvləri işləyir. Baş verən hadisənin təfərrüatı araşdırılır.



Redaktorun seçimi