Azərbaycanda məktəbdə yanğın - Şagirdlər təxliyə edildi

96 dəfə oxunub
Azərbaycanda məktəbdə yanğın - Şagirdlər təxliyə edildi
Mingəçevir şəhərində orta məktəbdə yanğın olub.
 
Hadisə məktəbin ikinci mərtəbəsindəki paylayıcı şitdə qısaqapanma nəticəsində baş verib.
 
Məktəbin 10-cu sinif şagirdlərindən biri yanğınsöndürmə balonu ilə yanğını qismən neytrallaşdırıb. Bundan sonra şagirdlər təxliyə olunub.
 
Hadisə yerinə FHN-nn üç yanğınsöndürmə briqadası cəlb olunub. Yanğın söndürülüb.
 
Hadisə nəticəsində xəsarət alan olmasa da, tüstüdən narahatlıq keçirən şagirdlər evə buraxılıb.
 
Faktla bağlı araşdırma aparılır.



Redaktorun seçimi