Yanvarın 21-də nadir təbiət hadisəsi baş verəcək

84 dəfə oxunub
Yanvarın 21-də nadir təbiət hadisəsi baş verəcək

2019-cu ilin ilk Ay tutulması hadisəsi yanvarın 21-də Bakı vaxtı ilə saat 07:34-10:51-də baş verəcək.

Faktor.az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib.

X.Mikayılovun sözlərinə görə, Ay tam tutulsa da, Azərbaycan ərazisində müşahidə olunmayacaq. Rəsədxananın elmi işlər üzrə direktor müavini bildirib ki, bu təbiət hadisəsini Mərkəzi Sakit okean, Amerika, Afrika və Avropa ölkələrində izləmək mümkün olacaq.

Qeyd edək ki, növbəti qismən Ay tutulması isə iyulun 17-də qeydə alınacaq və həmin hadisə Azərbaycanda müşahidə olunacaq.



Redaktorun seçimi