Türkanda 3 avtomobil toqquşdu: ölən var

108 dəfə oxunub
Türkanda 3 avtomobil toqquşdu: ölən var

Türkanda 3 avtomobil toqquşub.

DİN-dən Milli.Az-a verilən məlumata görə, yanvarın 9-da saat 10 radələrində Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Məhərrəm Bənnayevin idarə etdiyi "Hyundai", Fail Məmmədovun idarə etdiyi "KamAZ" və İmran Eyvazovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillər toqquşub.

Nəticədə M.Bənnayev xəstəxanaya aparılarkən yolda ölüb.

Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.



Redaktorun seçimi