Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı, sonra... - Azərbaycanda ŞOK HADİSƏ

3062 dəfə oxunub
Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı, sonra... - Azərbaycanda ŞOK HADİSƏ

Zorlamada təqsirli bilinən Kəlbəcər rayonunun Mollabayramlı kəndində anadan olan 1988-ci il təvəllüdlü Namiq Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Namiq Məmmədov daha öncə də zorlama ittihamı üzrə məhkum olunub. O, 2012-ci ildə Cinayət Məcəlləsinin 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsi zorlama) və 149.2.5-ci (təkrar zorlama) maddələri ilə ittiham edilib. Həmin il Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

İlk məhkumluq

Gəncə Apelyasiya Məhkəməsinin 2013-cü il tarixli qərarı ilə Namiq Məmmədovun cəzası 1 il 6 aya endirilib. 1 il 6 ay həbsxanada cəza çəkən Namiq Məmmədov azadlığa çıxıb. O, azadlığa çıxandan sonra yenə də zorlama və seksual xarakterli zorakılıq hərəkətləri törədib.

O, 4 dekabr 2014-cü il tarixdə 2000-ci il təvəllüdlü Məlahət İbrahimovaya qarşı seksual xarakterli hərəkətlər edib.

Belə ki, Namiq Məmmədov Məlahətin köməksiz vəziyyətindən istifadə etməklə, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. O, daha sonra azyaşlı qıza qarşı fiziki zor göstərməklə, onunla zorla cinsi əlaqədə olub.

Həbsdən çıxdı, azyaşlını zorladı

Namiq həmin gün Məlahətdən əl çəkməyib. O, 10 nömrəli tam orta məktəbində təhsil alan Məlahətlə yenidən görüşüb.

Namiq Məlahəti 4 dekabr 2014-cü ildə, saat 14 radələrində onu gəzintiyə aparacağı adı ilə aldadaraq, idarə etdiyi “Lada Priora” markalı avtomobilə mindirib və istintaqa məlum olmayan kimsəsiz yerə aparıb. Namiq orada avtomaşını saxlayaraq Məlahətə hədə-qorxu gəlib, zorla onunla cinsi əlaqədə olub.

Dülgər sexində zorakılıq

Daha sonra Namiq Məlahətə qarşı əxlaqsızlıq hərəkətləri edib və onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

2015-ci ilin martında yenidən Namiq Məlahətə zor tətbiq edərək, onunla cinsi əlaqədə olub.

Bundan əlavə Namiq martın sonlarında Məlahəti aldadaraq idarə etdiyi “Lada Priora” markalı avtomobilə mindirib və Gəncə şəhəri, Avtozavod yolu deyilən ərazidə yerləşən özünün işlədiyi dülgər sexinə aparıb.

Orada Namiq Məlahətə qarşı seksual xarakterli hərəkətlər edib. O, Mətanətə qarşı ən iyrənc formada seksual hərəkətlər edib.

Namiq qıza qarşı əxlaqsızlıq hərəkətlər etdikdən sonra əvvəlcə onunla qeyri-təbii yolla, daha sonra isə təbii yolla cinsi əlaqədə olaraq, ona qarşı zorakılıq göstərib.

Təcavüzə məruz qalan qızın intihar cəhdi

Namiq tərəfindən zorlanan və iyrənc seksual hərəkətlərə məruz qalan Məlahətin psixoloji durumu pozulub. Buna görə də o, özünü öldürmək üçün zəhər qəbul edib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Məlahət üzləşdiyi çirkin əməllər barədə ailəsinə bir söz deməyib. O, evdən qaçıb. Polis tərəfindən tapılan azyaşlı ifadəsində Namiq tərəfindən zorlandığını bildirib.

Bundan sonra Məlahətin ailəsi bu biabırçılığa dözməyərək evlərini sataraq başqa yerə köçüblər. Amma Namiq yenə də öz əməlindən əl çəkməyib. O, çirkin əməllərini başqa qızlara qarşı da davam etdirib.

Bir qız ailəsi ilə evdən qaçdı, başqa qız təcavüzə məruz qaldı

Namiq 2015-ci ilin fevralında 1994-cü il təvəllüdlü Səbinə Vəliyevaya qarşı zorakılıq edib. O, Səbinə Vəliyevanı hədələyərək, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. Bundan başqa, Namiq həmin ilin fevralın 26-da Səbinə Vəliyevanı öldürəcəyi ilə hədələyərək ona qarşı zor tətbiq edib. Bu zaman Namiq Səbinəni döyərək sağlamlığına xəsarət yetirib.

Daha sonra zorla onunla cinsi əlaqədə olub. O, Səbinə Vəliyeva ilə ayrı-ayrı vaxtlarda iki dəfə cinsi əlaqədə olub.

İttiham aktında göstərilir ki, Namiq 2015-ci ilin fevralında Səbinə Vəliyeva ilə evlənəcəyini vəd edib. O, gəzmək adı ilə Səbinə Vəliyevanı Gəncə şəhərində kirayədə yaşadığı evə gətirib.

Namiq Səbinə Vəliyevanı evə gətirəndən sonra yataq otağında onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

Şəkillərini sosial şəbəkədə yaymaq hədəsi

Bundan bir neçə gün sonra Namiq Səbinə Vəliyeva ilə danışıb. Ona bildirib ki, bir neçə gün əvvəl onu soyunduraraq seksual xarakterli zorakılıq hərəkətləri edərkən, çılpaq fotolarını çəkib.

Namiq Səbinəni onunla görüşməkdən imtina edəcəyi təqdirdə həmin fotoları valideynlərinə və yaxın qohumlarına göstərəcəyini, həmçinin sosial şəbəkədə yayacağı ilə hədələyib.

Namiq Səbinə Vəliyevaya qarşı seksual xarakterli hərəkətlər edən zaman çəkdiyi fotonu Vatsap səhifəsində profil şəkili kimi istifadə edərək qadına təzyiq göstərib.

Daha sonra Namiq Səbinəni oyuncaq silahla hədələyərək, onu yenidən idarə etdiyi “Lada Priora” markalı avtomobilə mindirib, Gəncə şəhərindəki evə aparıb. O, Səbinə Vəliyevaya qarşı əxlaqsızlıq hərəkətlər edərək, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

Namiq fevralın 26-də, saat 11 radələrində Səbinə Vəliyevaya onunla görüşməkdən imtina edəcəyi halda, çılpaq fotolarını sosial şəbəkədə paylaşacağını deyərək onu Gəncədəki evə aparıb və orada yenidən təcavüz edib.

4 maddəli cinayət işi və 14 il cəza

İstintaq orqanı tərəfindən Namiq Məmmədovun barəsində Cinayət Məcəlləsinin 149.3.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbəb olmaqla zorlama), 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsi zorlama), 150.3.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbəb olmaqla seksual xarakterli zorakılıq hərəkətləri etmək) və 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmək) maddələri ilə ittiham elan edilib.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Dadaş İmanovun sədrliyilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Namiq Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Seksual manyakın istəyi reallaşmadı

Bu hökmdən narazı qalan Namiq Məmmədov apelyasiya şikayəti verib. O, şikayətində günahsız olduğunu qeyd edib. Namiq Məmmədov barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyib.

Bu şikayətə Gəncə Apelyasiya Məhkəməsində baxılıb. Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Namiq Məmmədovun apelyasiya şikayəti təmin olunmayıb.

Bu qərardan narazı qalan Namiq Məmmədov eyni tələblə kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Şikayət hakim Əli Seyfəliyevin sədrliyi ilə araşdırılıb. Kasasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti bu günlərdə qərar elan edib. Bu yaxınlarda verilən qərara görə, Namiq Məmmədovun kasasiya şikayəti də təmin olunmayıb.



Redaktorun seçimi