"Cin çıxarıram" deyən kürəkən baldızını zorladı, arvadını öldürdü, qayınlarına işgəncə verdi - Ailənin balaca qızlarına təcavüz etdi - Ölkə dəhşətdə - FOTOLAR

1934 dəfə oxunub
"Cin çıxarıram" deyən kürəkən baldızını zorladı, arvadını öldürdü, qayınlarına işgəncə verdi - Ailənin balaca qızlarına təcavüz etdi - Ölkə dəhşətdə - FOTOLAR

Bütün ailəni həbsə aparan “cin çıxardan” kürəkən.

Türkiyə bir neçə gündür Müge Anlının verilişinə çıxan dəhşətli Palu ailəsini müzakirə edir.

11 ildən çoxdur davam edən işgəncə, qətl, təcavüz, uşaq istismarı, fiziki və psixoloji şiddətin detalları ekran qarşısındakı izləyicilərin və bütün Türkiyənin qanını dondurub.

Palu ailəsi İstanbulda yaşayır, ana Həvva, ata Harun, oğulları İsa və Fatih, qızları Məryəm və Əminə birlikdə sakit həyat sürürdülər.  Əminə Tuncer Ustael, Məryəm isə Əhməd Tansal ilə evlənmişdi.

Hadisələr 10 il əvvəl Tuncer Ustaelin Palu ailəsinin qızı Əminə ilə evlənməyindən sonra başlayıb. Özünü “cin çıxardan” kimi tanıdan və ailənin inanclarından istifadə edib etibarlarını qazanan Tuncer, yavaş-yavaş ona inanmayanaları sıradan çıxardıb.

Əvvəlcə ailənin oğlu İsanı “namus üstündə” yeznəsi Əhmədi öldürməyə razı salıb. Əhməd öldürüləndən sonra oğlu həbsə girməsin deyə,  ata Harun cinayəti öz boynuna götürüb. Ona inanmayan iki insandan eyni anda qurtulan Tuncer bütün ailəni hökmü altına alıb. Ölən Əhmədin həyat yoldaşı Məryəmi və iki uşağını həyətin tövləsinə kilidləyib. Günlərlə ac saxlayıb, işgəncə və təcavüz edib.

Verilişdə bu iddiaları təkzib edən Tuncerin dediyinə görə, baldızı Məryəm ona yuxu dərmanı verərək “təcavüz edib”.

Bütün bu hadisələr ailənin digər fərdləri susub. Hətta Tuncer “öldürülən Əhmədin ailəsi intiqam üçün bizi axtarır” deyəndə ona inanıblar və evdən qaçıblar. 3 ay ərzində Məryəmin kredit götürüb aldığı avtomobilin içərisində 10 nəfər ailə üzvü yaşayıb. Bundan sonra isə Tuncer başqa iddia ortaya atıb. Onun dediyinə görə, Məryəm ölən ərinin qohumlarına onların yerini xəbərləyirmiş. Bu səbəbdən Məryəmi ağaca bağlayıb, ac saxlayaraq və döyərək “cəzalandırıb”. İşgəncələrə dözməyən Məryəm ölüb.

Məryəm öləndən sonra evə qayıdan ailə yenə qohumların “təqiblərindən”, “cinlərdən” qurtula bilməyib. Hətta “cin çıxarmaq” üçün Tuncer Məryəmin 6 yaşlı qızı Məlikənin qarnına daş bağlayıb, spirt içirdib. Bundan əvvəl dəfələrlə işgəncələrə, təcavüzə məruz qalan uşaq sonuncuya dözməyib və həyatını itirib.

Məryəm və Əhməd cütlüyünün ikinci uşağı olan 4 yaşlı oğlan isə evdən qaçıb. Aclıqdan ürəyi gedən oğlanı tapan polis ailəni araşdırıb. Ailənin bütün üzvləri uşağın dediklərini inkar ediblər, uşağın qaçırıldığını iddia ediblər. Müayinə nəticəsində işgəncə, təcavüz izləri, anüsündə qırıq iynələr tapılan uşağın dediklərinə də polis inanmayıb. Lakin ata-anası olmadığı üçün dövlət himayəsinə götürüblər.

Tuncer və Əminə cütlüyünün iki övladı da eyni işgəncələrə və təcavüzə məruz qalıb, dəfələrlə evdən qaçıblar. Lakin hər dəfəsində ailəyə geri qaytarıblar. Ağır psixoloji travma alan uşaqlar, indi sağalmaz psixoloji xəstəliklərdən əziyyət çəkirlər.

Bu müddət ərzində ana Havvanı öz təsirinə salan Tuncer bütün evləri adına keçirib, satıb. Ailə artıq İzmitdə sınıq- sökük daxmada, dövlətdən gələn yardımla yaşayır. Hadisəlırin üstünü açan isə ata Harunun həbsdən çıxandan sonra baş verənləri görüb polisə getməyi olub. Ailənin digər üzvləri yenə hər şeyi inkar edib, kürəkənləri Tunceri müdafiə ediblər. Bundan sonra ata Haruna şizofreniya diaqnozu qoyulub və dedikləri keçərsiz sayılıb.

Yaranan söz-söhbətlərdən,  “təqibdən” və “cinlərdən” bezən Palu ailəsi hər şeyi aydınlaşdırmaq və “itkin” Məryəmlə qızını axtarmaq üçün Müge Anlının proqramına çıxıblar.

Verilişə zəng edənlər, şahidlər və ailəni tanıyanlar bir-bir dəhşətin sirr pərdəsini açmağa başlayıblar. Sonuncu şahidin Məryəmlə qızının meyidinin basdırıldığı yeri bildiyi iddiasından sonra polislər də hərəkətə keçib. Həmin yerdə axtarış-qazıntı işləri başlanılıb və dünən birbaşa yayımda Palu ailəsinin bütün fərdləri həbs edilib.

Qeyd edək ki, studiyada tamaşaçıların alqışları altında edilən həbs zamanı ailə üzvləri sakitliyini qoruyub və günahsız olduqlarını qeyd ediblər.

Cəmilə 

Faktor.az



Redaktorun seçimi