Azərbaycanda ticarət mərkəzi YANIR - SON DƏQİQƏ

1842 dəfə oxunub
Azərbaycanda ticarət mərkəzi YANIR - SON DƏQİQƏ

Quba rayonunda "Birja" ticarət mərkəzində yanğın başlayıb.

Rayon mərkəzində yerləşən ticarət mərkəzində hələlik məlum olmayan səbəblərdən yanğın olub.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Yanğın zamanı 4-dən artıq mağaza yanıb.

Hadisə yerinə Quba Rayon Polis Şöbəsinin rəisi və rayon prokurorluğunun əməkdaşları gəlib.

Yanğının başvermə səbəbləri araşdırılır. (report)



Redaktorun seçimi