Evdən 80 manatlıq qab-qacaq oğurladı

28 dəfə oxunub
Evdən 80 manatlıq qab-qacaq oğurladı

Saatlıda mənzillərdən oğurluq edən şəxs saxlanılıb.

DİN xəbər verir ki, rayonun Qarayevkənd kənd sakini Ramil Əzizov yaşadığı evdən 80 manat dəyərində məişət əşyaları oğurlanıb. Cinayəti törətməkdə şübhəli bilinən rayonun Orta Muğan kənd sakini, əvvəllər məhkum olunmuş Hüseyn Hüseynzadə saxlanılıb. Dindirilmə zamanı H. Hüseynzadə törətdiyi cinayət əməlini etiraf edib.

 

Aparılan araşdırmalar zamanı onun digər oğurluq əməlində də iştirakının olduğu məlum olub. Belə ki, onun ötən il dekabr ayının 30-da başqa bir mənzildən ümumi dəyəri 2070 manat olan qızıl-ziynət və məişət əşyalarını oğurladığı məlum olub. Oğurladığı əşyalar ondan maddi sübut kimi götürülüb.

Faktla bağlı Saatlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.



Redaktorun seçimi