Bakıda qadın sürücü faciəvi şəkildə öldü

Hit: 323
Bakıda qadın sürücü faciəvi şəkildə öldü

Bakıda qadın sürücü avtomobilini yük maşınına çırparaq ölüb. 

Faktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, dekabrın 18-də saat 22 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində qəsəbə sakini Gülarə Qəbulova idarə etdiyi "Nissan" markalı avtomobili yolun kənarında dayanmış həmyerlisi Asəf Abdinova məxsus "MAN" markalı avtomobilin qoşqusuna vurub. Nəticədə sürücü hadisə yerində ölüb.

Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.









Redaktorun seçimi