Qızıgilə qonaq gedən qadını maşın vurub öldürdü

Hit: 343
Qızıgilə qonaq gedən qadını maşın vurub öldürdü

Goranboyda ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Faktor.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Dəliməmmədli qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "BMW" markalı avtomobil qadın piyadanı vurub. Bədən xəsarəti alan qadın hadisə yerində ölüb.

İlkin məlumata görə, qadın Samux rayon sakinidir və o, qəsəbəyə qızıgilə qonaq gedirmiş. Hazırda ölən piyadanın şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.









Redaktorun seçimi