Fəhlə binanın damından yıxılaraq ölüb

Hit: 440
Fəhlə binanın damından yıxılaraq ölüb

Gəncə şəhərində fəhlə bədbəxt hadisə nəticəsində ölüb.

Faktor.az "report"-a istinadən bildirir ki, hadisə Yeni Gəncə qəsəbəsi, Mircəlal Paşayev küçəsi, bina 44-də qeydə alınıb.

Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü Hacıyev Hikmət Misir oğlu binanın dam örtüyünü düzəldən zaman ehtiyatsızlıqdan yerə yıxılıb. Nəticədə o, hadisə yerində keçinib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.









Redaktorun seçimi