Evə girib əri ilə yatan Elnarəyə hücum etdi və...

Hit: 1775
Evə girib əri ilə yatan Elnarəyə hücum etdi və...

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən 2000-ci il təvəllüdlü Cavid Əhmədovun məhkəmə prosesi davam etdirilib. 

Oxu.Az-ın xəbərinə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. 

Dövlət ittihamçısı çıxışında C. Əhmədovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Məhkəmə iclası dekabrın 27-də davam etdiriləcək. 

İttihama görə, C.Əhmədov sərxoş vəziyyətdə Qaradağ rayonu, Ələt qəsəbəsində yaşayan Nicat Əhmədovun evinə girərək, yatan Elnarə Əhmədovanı xəncərlə hədələyib. O, daha sonra qadından 150 manat pul istəyib. Səs-küyə oyanan N.Əhmədov onu zərərsizləşdirib.

Təqsirləndirilən C.Əhmədov ifadəsində bildirib ki, həmin gün qonşusunun ad günündə iştirak edib və orada çoxlu miqdarda spirtli içki qəbul edib. 

O qeyd edib ki, məclisdən sərxoş vəziyyətdə evə gedib:

“Anam ilə tək qalırdım, həmin gün bekarçılıqdan ürəyim sıxılırdı, çox darıxırdım. Evdən suvenir xəncəri götürüb həmin evə getdim. Elə bilirdim ki, orada heç kim yaşamır.

Pəncərədə setkanı cırıb içəri girdim. Qadının yatdığını gördüm və onu oyadıb, 150 manat pul istədim. Mənə elə o qədər pul lazım idi. Amma vermədi, qışqırdı. Əri yanında yatmışdı. Bu zaman əri oyandı, xəncəri özüm ona təhvil verdim. Mənim əl-qolumu bağladı, sonra qonşular yığışdı. Polis çağırıb məni onlara təhvil verdilər”.

C.Əhmədov Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham olunur.









Redaktorun seçimi