Cəlilabadda məktəb direktoru şagirdi belə döydü - ŞOK GÖRÜNTÜLƏR - VİDEO

Hit: 1824
Cəlilabadda məktəb direktoru şagirdi belə döydü - ŞOK GÖRÜNTÜLƏR - VİDEO

Cəlilabad rayon Göytəpə şəhər 3 saylı ümumi orta məktəbinin direktoru Mübariz Cəfərov Göytəpə 1 saylı orta məktəbinin 9-cu sinif şagirdini döyərək, burnunu sındırıb.

Faktor.az xəbər verir ki, bu barədə məlumatı 1 saylı orta məktəbin müəllimi Vasif Ələkbərov bildirib. Vasif müəllim qeyd edir ki, döyülən uşağın günahı yoxdu: "Hadisə Göytəpə şəhər 1 saylı orta məktəbində Təhsil Nazirliyi tərəfindən sınaq imtahanı keçirildiyi zaman baş verib. Ətraf kəndlərdə olan məktəb şagirdləri də imatahan vermək üçün Göytəpə 1 saylı orta məktəbə gəliblər.

İmtahan bitdikdən sonra şagirdlər evə getdiyi zaman Göytəpə şəhər 3 saylı ümumi orta məktəbinin direktoru Mübariz Cəfərov digər kənd məktəbinin şagirdini qız dalınca düşdüyünü iddia edərək, Göytəpədə şəhərin mərkəzində döyməyə başlayıb. Mən də təasdüfən həmin yerdən keçirdim və hadisəyə şahid oldum. Onu da qeyd edim ki, döyülən uşağın valideyni vəfat edib. Bu cinayət hadisəsidir".

Məsələ ilə bağlı direktorla əlaqə yaratmaq cəhdləri baş tutmadı. Cəlilabad Rayon Təhsil Şöbəsinin telefonları isə borcdan bağlı olduğu üçün cavab verə bilmədi.

Faktor.az

Lalə









Redaktorun seçimi