Ağcabədidə ağır qəza, ölənlər var

Hit: 511
Ağcabədidə ağır qəza, ölənlər var

Ağcabədi rayonunun ərazisində ağır yol qəzası baş verib.

 FHN xəbər verir ki, rayonun Muğanlı kəndində “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. 

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış sürücü 1987-ci il təvəllüdlü Abdullayev Şahin Rövşən oğlunun və sərnişin 2014-cü il təvəllüdlü Abdullayev Rövşən Şakir oğlunun meyitlərini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 









Redaktorun seçimi