Cəlilabad sakini bir neçə nəfər tərəfindən döyülüb

Hit: 370
Cəlilabad sakini bir neçə nəfər tərəfindən döyülüb

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

Faktor.az "report"-a istinadən bildirir ki, hadisə Oğrubulaq kəndi ərazisindəki meşədə qeydə alınıb.

Həmin kəndin sakini, 1977-ci il təvəllüdlü Əbilov Əlirza Musaxan oğlu bir neçə naməlum şəxs tərəfindən küt alətlə döyülüb. Yaralı çiyin və kürək nahiyələrindən aldığı xəsarətlərlə xəstəxanaya çatdırılıb və ona müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.









Redaktorun seçimi