İmişlidə sərxoş maşını divara çırpdı

Hit: 311
İmişlidə sərxoş maşını divara çırpdı

İmişli şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb.

Faktor.az "Report"a istinadən bildirir ki, 1981-ci il təvəllüdlü yerli sakin Hüseynov Elnur Hüseynbaba oğlu sərxoş vəziyyətdə idarə etdiyi "VAZ-2106" markalı avtomobili divara çırpıb.

Nəticədə sürücü müxtəlif xəsarətlərlə İmişli Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Şəkidə yol qəzası baş verib.









Redaktorun seçimi