Sumqayıtda faciə: 59 yaşlı kişi öldü

Hit: 386
Sumqayıtda faciə: 59 yaşlı kişi öldü

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Faktor.az report-a istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini, 1959-cu il təvəllüdlü Füzuli Qurban oğlu Yusifov şəhərin 6-cı mikrorayonunda yolu keçmək istəyərkən avtomobil tərəfindən vurulub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.









Redaktorun seçimi