Paytaxtda tikiş sexində partlayış, xəsarət alanlar var

Hit: 420
Paytaxtda tikiş sexində partlayış, xəsarət alanlar var

Bakının Qaradağ rayonunda tikiş sexi kimi fəaliyyət göstərən birmərtəbəli üç otaqlı tikilidə yanğınla nəticələnən partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, nəticədə iki otağın yanar konstruksiyaları 37 kv.m sahədə yanıb.

Hadisə zamanı iki nəfər xəsarət alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.









Redaktorun seçimi