Beyləqanda yanğın: yaralanan var

Hit: 125
Beyləqanda yanğın: yaralanan var

Beyləqanda 2 otaqlı ev yanıb.

FHN-dən Milli.Az-a verilən məlumata görə, rayonun Əlinəzərli kəndində ümumi sahəsi 84 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.









Redaktorun seçimi