14 günlük körpə "ölüm öpüşü"nün qurbanı oldu

Hit: 277
14 günlük körpə "ölüm öpüşü"nün qurbanı oldu
14 günlük körpə dünyasını dəyişib.
 
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, İngiltərənin Yorkşir qraflığında dünyaya göz açan körpə 14 gün yaşadıqdan sonra ölüb.
 
Həkimlərin dediyinə görə, onun ölümünə səbəb uçuqlamış dodağından infeksiya keçməsidir.
 
Belə ki, dodağında uçuq əmələ gələn qızın qanına başqasının nəfəsindən infeksiya düşüb. Həkimlərin dediyinə görə, körpə "ölüm öpüşü"nün qurbanı olub.
 
Körpənin anası Kelly Ineson ölən övladı ilə bağlı digər valideynlərə xəbərdarlıq edib. O bildirib ki, uşaqlarınızı başqalarının, xüsusən də natəmiz insanların öpməsinə icazə verməyin.








Redaktorun seçimi