Gəncədə iki “Mercedes” toqquşdu

Hit: 204
Gəncədə iki “Mercedes” toqquşdu

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncənin Nizami rayonunda “Mercedes” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

FHN-nin xəbərinə görə, hadisə yerinə cəlb olunmuş Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri avtomobillərin birində sıxılmış vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.









Redaktorun seçimi