Gürcüstandan gələn avtomobildə marixuana aşkarlanıb

Hit: 500
Gürcüstandan gələn avtomobildə marixuana aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postuna Gürcüstan istiqamətindən daxil olan bu ölkə vətəndaşının idarə etdiyi "DAF" markalı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, baxış zamanı sürücü sükanının sağ tərəfindəki külqabıdan iki bükümdə, ümumi çəkisi 6 qram olan narkotik vasitə - marixuana aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.









Redaktorun seçimi