Bərdədə 10 yaşlı uşağın əlində pirotexniki vasitə partlayıb

126 dəfə oxunub
Bərdədə 10 yaşlı uşağın əlində pirotexniki vasitə partlayıb

Bərdə rayonunda 10 yaşlı uşağın əlində pirotexniki vasitə partlayıb.

Faktor.az report-a istinadən xəbər verir ki, rayon sakini, 2008-cu il təvəllüdlü Məhəmməd Süleymanov əlindəki pirotexniki vasitəni alışdırarkən ehtiyatsızlıqdan onun əlində partlayıb. Nəticədə azyaşlı uşağın üz və bədəninin müxtəlif nahiyələri yanıb. 

O, təcili olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır. 



Redaktorun seçimi