Azərbaycanda polis mayoru faciəvi şəkildə öldü - FOTOLAR

Hit: 1140
Azərbaycanda polis mayoru faciəvi şəkildə öldü - FOTOLAR

Azərbaycanda polis mayoru yol qəzası nəticəsində dünyasını dəyişib.

Faktor.az a24.az-a istinadən xəbər verir ki, hadisə bu gün 01:30 radələrində Kürdəmir rayonunda baş verib.

Belə ki, rayonun Sığırlı kəndi ərazisində Əli Qaybalıyev idarə etdiyi "VAZ-21074" markalı avtomobili yolun kənarında dayanmış Lənkəran rayon sakini Səfail Quliyevə məxsus "QAZel" markalı avtomobilə vurub.

Nəticədə, "VAZ-21074" markalı avtomobilin sürücüsü Ə.Qaybalıyev hadisə yerində ölüb.

Qeyd edək ki, polis mayoru Ə.Qaybalıyev Ağsu Rayon Polis Şöbəsinin sahə rəisidir.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

1








Redaktorun seçimi