Gəncədə 84 yaşlı qadını avtomobil vurub

132 dəfə oxunub
Gəncədə 84 yaşlı qadını avtomobil vurub

Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Faktor.az "Report"a istinadən bildirir ki, Gəncə şəhər sakini, 1934-cü il təvəllüdlü Familə Xəlil qızı Rüstəmovanı avtomobil vurub.

Qadın qəzanı törədən sürücü tərəfindən xəstəxanaya aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.



Redaktorun seçimi