“Drakon”la Mirzəliyev dalaşdı: direktor ağır vəziyyətdə... - FOTOLAR

Hit: 1071
“Drakon”la Mirzəliyev dalaşdı: direktor ağır vəziyyətdə... - FOTOLAR

"Dolu” filmindən tanınan və sevilən məşhur aktyor, "Drakon” obrazını canlandıran Rza Rzayevlə problem yaşadığı məktəb direktoru arasında qalmaqal yaşanıb.

Faktor.az xəbər verir ki, hadisə Nizami Rayon Məhkəməsinin qarşısında baş verib. Belə ki, 220 saylı məktəbdə təhsil alan 3 şagirdin valideyni və aktyor arasındakı məhkəmə çəkişməsinin növbəti iclasından əvvəl məhkəmənin qarşısına gələn əvvəllər 220 saylı məktəbin direktor əvəzi olan Tural Mirzəliyev və yaxın qohumu (qaynı - red.) tərəfindən qarşı tərəfə işlətdikləri ağır ifadələr, təhqir sonda insidentlə nəticələnib.

R.Rzayevin AFN-ə verdiyi məlumata görə, sözügedən məhkəmə çəkişməsinin T.Mirzəliyevə heç bir aidiyyəti yoxdur:

“Proses mənim iddiam əsasında Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri üzrə 220 saylı məktəbin 3 şagirdinin valideyninə qarşı keçirilir. İclasdan əvvəl hazırda 175 saylı məktəbdə direktor işləyən T.Mirzəliyev və qaynı həmin valideynləri avtomobillə məhkəmə qarşısına gətirmişdi. Həm də bu, ilk dəfə deyil, artıq bu iş üzrə 4-cü prosesdir ki, eyni hal yaşanır. İclasdan əvvəl və sonra hər dəfə ünvanıma təhqir, hədə, sataşma tipli xoşagəlməz ifadələr səslənsə də, səbrimi toplayıb problem olmamasına çalışmışam. Bu dəfə gələndə şəklini çəkdim ki, məhkəməyə təqdim edəm, həm də prosesə aidiyyəti olmadığı halda burda nə işinin olduğunu müvafiq qurumlara araşdırma üçün verəm. Bundan öncəki proseslərdə də məhkəmə qarşısında olduğunu sübut edən fotolarını çəkmişəm. Mənə maraqlıdır, məktəb direktoru iş saatında özünə dəxli olmayan məhkəmə prosesinə niyə qarışır? Bu gün saat 3-də proses olmalı idi, həmin saat faktiki olaraq T.Mirzəliyev üçün iş saatıdır. Həmin saatda o hansı icazə əsasında məhkəmənin qarşısında idi? Bütün bunların araşdırılmasını mediadan xahiş edirəm”.

İnsident Nizami rayonu 25 saylı polis bölməsi qarşısında da davam edib. T.Mirzəliyevin yaxınları bölmənin qarşısında aktyorun qohumlarına hücum ediblər, polisə dərhal məlumat verilib və o dərhal saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman bir ədəd soyuq silah aşkarlanaraq götürülüb. Binəqədi rayon Polis İdarəsi rəisinin keçmiş müavini Məlik Dadaşlının oğlu olduğu deyilən həmin şəxsin T.Mirzəliyevin qaynı tərəfindən hadisə yerinə çağırıldığı bildirilir.

R.Rzayev bundan öncə də T.Mirzəliyevin özünə aidiyyəti olmayan iş üzrə məhkəmənin qarşısına gələrək, aktyora qarşı təhrikedici hərəkətlər etməsi ilə bağlı Təhsil naziri Ceyhun Bayramova müraciət ünvanlayıb.

Qeyd edək ki, Report Bakıda 175 saylı məktəb direktoruna hücum edildiyi və onun xəsarət aldığı, xəstəxanaya yerləşdirildiyi haqda xəbər yayıb. Bildirilir ki, məsələ Təhsil Nazirliyi rəhbərliyinin diqqət mərkəzindədir.

Lakin R.Rzayev də insident zamanı ağır xəsarət alıb. Onun sağ qolu biləkdən çatlayıb, sağ gözünün ətrafında xəsarət izləri var. Aktyorun qoluna 3 saylı Şəhər Klinik Xəstəxanasında gips qoyulub. R.Rzayev sabah tomoqrafiya olunması üçün başqa xəstəxanaya yaxınlaşacağını bildirib.

Məlumat üçün bildirək ki, T.Mirzəliyev də tibbi yardım üçün 3 saylı Şəhər Klinik Xəstəxanasına müraciət edib.

***

Bakı Şəhəri üzrə Təhsil İdarəsi aktyorla mübahisə nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən 175 saylı məktəbin direktorunun son durumu ilə bağlı məlumat yayıb.

İdarənin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov bildirib ki, direktorun vəziyyəti yaxşı deyil.

“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları ilə birgə aldığı ağır xəsarətlər səbəbindən Sabunçu rayon 3 saylı Şəhər Xəstəxanasına yerləşdirilmiş 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyevə baş çəkdik, səhhəti ilə maraqlandıq, həkimlərlə söhbət etdik. Vəziyyəti yaxşı deyil.

Bir təhsil işçisi, məktəb direktoru ictimaiyyətin gözü qarşısında fiziki zora məruz qalıb, döyülüb, ciddi xəsarətlər alıb. Başında və üzündə zərbələrdən aldığı xəsarətlər, başgicəllənmə və ürəkbulanma əlamətləri ciddi narahatlıq yaradır.

Tural müəllimə qarşı baş vermiş zorakılığı pisləyir, ona Allahdan şəfa diləyir, məsələnin ədalətli hüquqi qiymət alacağına inanır, tezliklə sağlamlığına qovuşmasını arzulayırıq” - deyə B.Məmmədov bildirib.

1
1
1
1
1








Redaktorun seçimi