Tovuzda avtomobil qəzası olub, ölən var

Hit: 384
Tovuzda avtomobil qəzası olub, ölən var

Tovuz rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Faktor.az "Report"a istinadən bildirir ki, hadisə Aşağı Quşçu kəndində qeydə alınıb.

Qəza zamanı 1957-ci il təvəllüdlü Rahilə Muxtar qızı Namazova xəsarət alıb. Yaralı xəstəxanaya aparılıb. Göstərilən tibbi yardımlara baxmayaraq o, xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.









Redaktorun seçimi